Azərbaycan nefti ucuzlaşıb

02.02.2019 00:39
337
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 63,69 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,14 dollar/barel azdır.


Ekspress.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,32 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 62,2 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.


Açar sözlər: