Paşinyan sabah İrana danışıqlara gedəcək

26.02.2019 16:27
305
Paşinyan sabah İrana danışıqlara gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İran İslam Respublikasına 2 günlük işgüzar səfər edəcək.


Ekspress.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, səfər çərçivəsində Paşinyan İranın ali dini lideri Ayətulla Əli Xameneyi, prezident Həsən Ruhani və İran Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşlər keçirəcək (azvision).Ermənistan baş naziri həmçinin, “Ararat” idman-mədəniyyət mərkəzinə baş çəkəcək, İsfahanda erməni icmasının nümayəndələrilə görüşəcək.


Qeyd edək ki, bu, baş nazir postuna yiyələndikdən bəri Paşinyanın İrana ilk rəsmi səfəri olacaq.


Ekspress.az