Sumqayıtda evdə qadın meyiti tapılıb

19.02.2019 13:00
72
Sumqayıtda evdə qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti aşkarlanıb.


Fövqəladə Hallar Nazirliyindən Ekspress.az -a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Atakişiyeva Raifət Şahbuz qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND