Paşinyan bu hakimləri kəsib atacağına söz verdi



20.05.2019 15:42
141
Paşinyan bu hakimləri kəsib atacağına söz verdi

Vətəndaşların haqlarını pozan qərarlar verən bütün hakimlər qovulmalı və ya istefaya getməlidir.


Ekspress.az xəbər verir ki, bu bəyanatla Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib. Onun sözlərinə görə, Ermənistanda formalaşan hökumətə və parlamentə xalqın etibarı tamdır.

O, son hadisələrin Ermənistanda xalqın etibar etdiyi məhkəmə hakimiyyətinin olmadığını göstərdiyini bildirib.


Paşinyan hazırkı məhkəmələrin əvvəlki korrupsiyalaşmış sistemin qalığı olduğunu deyib (axar.az). Baş nazir məhkəmələrə bundan öncə öz dəyərlərinə qayıtmaq üçün bir il vaxt verildiyini, amma indi məhkəmələrə cərrahi müdaxilənin vaxtının gəlib çatdığını bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND