Tibbi helikopter qəzaya düşdü

30.01.2019 10:41
191
Tibbi helikopter qəzaya düşdü

ABŞ-ın Ohayo ştatında tibbi helikopter qəzaya düşüb. Hadisə nəticəsində helikopterin göyərtəsində olan 3 nəfər ölüb.


Ekspress.az xəbər verir ki, bu barədə “WCMH” telekanalı məlumat yayıb.


Qeyd olunur ki, qəza tibbi helikopter Qrouv-sitidəki xəstəxanadan çıxıb Pomeroydan xəstə götürməyə gedərkən ştatın Vinton dairəsində baş verib (Azvision.az) . Ohayo ştatının təcili tibbi yardım xidmətinin nümayəndəsi Endryu Arturs bildirib ki, insident zamanı helikopterin göyərtəsində pasiyent olmayıb, lakin 3 ekipaj üzvünün hər biri - 1 pilot və 2 tibb işçisi həlak olub.


Qeyd edək ki, hazırda ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır, qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND