Türkiyədən Qarabağ açıqlaması: Bu, qəbulolunmazdır!


26.09.2019 16:15
165
Türkiyədən Qarabağ açıqlaması: Bu, qəbulolunmazdır!

Türkiyə əvvəllər olduğu kimi hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayacaq.


Ekspress.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildiriblər.


Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənarda həlli qəbulolunmazdır:


“Dağlıq Qarabağ problemi regionda ən aktual problemlərdəndir”.

Administrasiyadan bildiriblər ki, münaqişənin indiyədək nizamlanmaması Azərbaycana qarşı tətbiq olunan ikili standartların nümunəsidir:


“Türkiyə hər zaman bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanı dəstəkləyib”. (Trend)


Ekspress.az


Açar sözlər: