“Azeri Light”ın qiyməti 69 dollara çatıb


14.03.2019 10:16
243
“Azeri Light”ın qiyməti 69 dollara çatıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb.


Ekspress.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 67,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 58,43 dollar təşkil edib.


“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar artaraq 68,59 dollar təşkil edib.


Ekspress.az