Hacı Əliyev erməni ilə güləşəcək


25.06.2019 23:23
198
Hacı Əliyev erməni ilə güləşəcək

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.


Ekspress.az xəbər verir ki, sabah daha 3 güləşçimiz mübarizəyə start verəcək. Bu gün həmin idmançılarımızın rəqibləri müəyyənləşib.


Belə ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) ilk görüşündə ermənistanlı Valodya Franqulyanla üz-üzə gələcək. Nurməhəmməd Hacıyevin (97 kq) rəqibi isə Radoslav Baran (Polşa) olacaq (qafqazinfo).


Qadın güləşçilərimizdən İrina Netreba (68 kq) da mübarizəyə qoşulacaq. O debütdə Cenni Franssonla (İsveç) qarşılaşacaq.


Ekspress.az

Açar sözlər: