Ötən il sosial sığorta yığımları 2,332 milyard manat olub

12.01.2019 12:15
207
Ötən il sosial sığorta yığımları 2,332 milyard manat olub

2018-ci ildə sosial sığorta haqlarından 2,332 milyard manat toplanıb. Ekspress.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı keçirilən iclasında çıxışı zamanı səsləndirib.


Nazir deyib ki, ötən il inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılıb: "Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub".


Nazir bildirib ki, ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND