Nikol bu sözlə Qarabağ danışıqlarına son verir - Kolerov


26.09.2019 12:58
100
Nikol bu sözlə Qarabağ danışıqlarına son verir - Kolerov

Rusiya Paşinyan və Mirzoyanın “Qarabağ Ermənistandır” bəyanatını qəbul etmir.


Ekspress.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində erməniyönlü rus politoloq Modest Kolerov deyib.


“Bu bəyanat nə deməkdir? Bu, danışıqlar prosesinin sonu, 20 illik danışıqlar prosesinin səhv olması anlamına gəlir. Bu bir qədər kobud səslənə bilər, amma mən deyə bilərəm ki, əgər hakim partiyadan hansısa deputat bununla bağlı layihə təqdim etmirsə, bu, boşboğazlıqdan başqa bir şey deyil”, - politoloq qeyd edib. (axar)


Ekspress.az