“Facebook” Mark Zukerberqin paylaşımlarını silib


31.03.2019 10:25
276
“Facebook” Mark Zukerberqin paylaşımlarını silib

“Facebook”un qurucusu Mark Zukerberqin sosial şəbəkədəki bir çox paylaşımları silinib.


Ekspress.az xəbər verir ki, bu barədə "Associated Press" yazıb. Nəşr bildirib ki, Zukerberqin “Facebook”da 2007-2008-ci illərdə yazdığı bütün yazılar itib.


Sosial şəbəkədə hansısa texniki problemin olduğu bildirilsə də mütəxəssislərin itirilən postları geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnib (report).

Qeyd edək ki, bundan öncə sosial şəbəkədə yaranan ciddi problemə görə, “Facebook”un top-meneceri vəzifəsindən istefa verib.


Ekspress.az