İraqda tanınmış jurnalist güllələnərək öldürüldü - Cəsədi yol kənarında tapıldı

10.01.2019 19:13
116
İraqda tanınmış jurnalist güllələnərək öldürüldü - Cəsədi yol kənarında tapıldı

İraqın Alhurra TV telekanalının foto müxbiri Samr Əli Şekara güllələnərək öldürülüb. Avropa.info xəbər verir ki, bu haqda İraq Daxili İşlər Nazirliyinin rəsmisi Hatəm Cabiri məlumat yayıb.


Şekaranın cəsədinin təhlükəsizlik qüvvələritərəfindən paytaxt Bağdadın qərbində yol kənarında tapıldığını bildirən Cabiri, jurnalistin bədənində güllə izləri aşkar edildiyini qeyd edib.


DİN rəsmisi hadisə ilə bağlı istintaq açıldığını deyib.


Samr Əli Şekara ABŞ tərəfindən maliyyələşdirilən Alhurra TV-də foto müxbiri vəzifəsində işləyirdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND