“Ford” şirkəti Avropadakı müəssisələrini bağlaya bilər

10.01.2019 16:54
385
“Ford” şirkəti Avropadakı müəssisələrini bağlaya bilər

“Ford Motors Co” avtomobil şirkəti Avropadakı fəaliyyətini yenidən qurduğu üçün həmin regiondakı müəssisələrində minlərlə iş yerini ixtisar etməyi nəzərdə tutur.


Ekspress.az “Report”a istinadla xəbər verir ki, işdən çıxacaq əməkdaşların konkret sayını açıqlamayan şirkətin Avropa işləri üzrə müdiri Stiven Armsronq müəssisələrin bağlanmasınadək hər cür ehtimalları nəzərdən keçirdiklərini bildirib.


”Ford” Avropadakı əməkdaşlarının könüllü istefaya getməsi ilə işçi qüvvəyə çəkilən xərcləri mümkün qədər azaltmaq niyyətindədir”, - şirkətin məlumatında deyilir.


“Ford” şirkətinin Avropada, xüsusən də Almaniya, Böyük Britaniya və İspaniyada 54 minədək işçisi olduğu bildirilir.


Bununla yanaşı, şirkət minivan istehsalını və Bordodakı avtomatik transmissiya istehsalını dayandırmağı, Rusiyada çalışmalarının islahatını başa çatdırmağı, Böyük Britaniya bölməsinin və “Ford Credit” maliyyə qurumunun ofislərini birləşdirməyi də nəzərdə tutur.


2018-ci ilin üçüncü rübündə Avropada 245 milyon ABŞ dolları həcmində zərərlə üzləşən “Ford” indi bu regionda 6 faizlik əməliyyat gəliri səviyyəsinə çatmağı hədəfləyir.

Açar sözlər: