İntihar edən 18 yaşlı qızın məşhur idmançımız olması xəbəri yalan çıxdı - RƏSMİ


10.07.2019 16:25
186
İntihar edən 18 yaşlı qızın məşhur idmançımız olması xəbəri yalan çıxdı - RƏSMİ

Dünən Bakıda intihar edən Aynur Əfqan qızı Məmmədzadənin gimnastika üzrə Avropa çempionu olmadığı ortaya çıxıb.


Ekspress.az big.az -a istinadən xəbər verir ki, bu barədə məlumatı "Qafqazinfoya" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova verib. O bildirib ki, gimnastika millisində heç vaxt belə adda idmançı olmayıb.


Qeyd edək ki, APA Aynur Məmmədzadənin Avropa çempionu olduğu barədə məlumat yaymışdı.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND