• 6 °C Bakı
  • 2 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 5 °C Naxçıvan

Mərkəzi Bank növbəti depozit hərracını keçirəcək

11.01.2019 14:26
65
Mərkəzi Bank növbəti depozit hərracını keçirəcək

Yanvarın 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək. Ekspress.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərrac saat 11:00-11:15 aralığında baş tutacaq. Blumberq ticarət sistemində təşkil olunacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı saat 10:00-dır.


Hərrac hibrid formada olacaq və 350 milyon manat dəyərində depozitin cəlbi məqsədilə keçiriləcək. Mərkəzi Bank depoziti 14 gün gün müddətinə cəlb edəcək və faiz dərəcəs: 7,76% - 9,74% intervalında formalaşacaq.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND