Namus üstündə həmyerlisinə 20 güllə vurdu - Azərbaycanda

10.06.2019 19:22
44
Namus üstündə həmyerlisinə 20 güllə vurdu - Azərbaycanda

Beyləqanda qətl törədilib.


Ekspress.az xəbər verir ki, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib. 20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.


R.Ağayev polisə gedərək könüllü təslim olub.


İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib (unikal.org). Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND