Putindən Paşinyana göstəriş: Təxirə salın!

03.12.2018 12:31
44
Putindən Paşinyana göstəriş: Təxirə salın!

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Femida.az xəbər verir ki, Putin Paşinyana 6 dekabrda Sank-Peterburqda keçirilməsi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasını təxirə salınması barədə göstəriş verib.


Qeyd edək ki, həmin iclasda təşkilata Ermənistandan yeni sədr seçilməli idi. Bu barədə jurnalistlərə Paşinyan açıqlama verib:


“Rusiya prezidenti ilə telefonda danışdıq. 6 dekabrda baş tutmalı olan iclası təxirə salmağımızı istədi. Çünki iclasda əsas məsələ yeni sədrin kimliyi olmalı idi. Biz də yeni sədr barədə qərar verməmişik deyə Putin əvvəlcə məsələnin həll olunmasını və hazır formada iclasa gəlməyimizi istədi. Mən də bunu qəbul etdim. Hələ KTMT-nin baş katibinin kim olacağı ilə bağlı qərar verməmişik. Bu vəziyyətdə Astanadakı mübahisələrin təkrarlanmasını istəmirik”.


Daha öncə Putinin mətbuat katibi Dmitri Peskov KTMT-nin baş katibinin kimliyinə Sank-Peterburqda aydınlıq gələcəyini bildirmişdi.


Xatırladaq ki, bu il iyulun sonlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Y.Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana konstitusiya quruluşunun devirilməsi üzrə ittiham irəli sürülmüşdü. Nəticədə Xaçaturov barəsində istintaq başlamış və son olaraq noyabrın 2-də o, KTMT-nin baş katibi vəzifəsindən azad edilmişdi. Reqlamentə əsasən, 2020-ci ilədək təşkilata sədrlik Ermənistanda olduğundan onlar yeni namizədlərini təqdim etməlidirlər.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND