Türkiyədən Azərbaycana iş üçün gələnlərin sayı xeyli azalıb

17.05.2019 20:51
66
Türkiyədən Azərbaycana iş üçün gələnlərin sayı xeyli azalıb

2019-cu ilin aprelində Türkiyədən Azərbaycana Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) xətti ilə iş axtarmağa gələnlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 61,9 faiz azalıb.


Bu barədə İŞKUR-dan məlumat verilib.


Qeyd olunub ki, aprel ayında İŞKUR vasitəsilə Azərbaycana 8 Türkiyə vətəndaşı gəlib (trend).


Ümumilikdə Türkiyədən 6 867 vətəndaş xarici ölkələrə yollanıb ki, bu da 2018-ci ilin aprel ayı ilə müqayisədə 14,9 faiz azdır.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND