Zəlzələ ilə bağlı “Azsığorta”ya 30-dan çox müraciət daxil olub

06.02.2019 12:26
150
Zəlzələ ilə bağlı “Azsığorta”ya 30-dan çox müraciət daxil olub

Zəlzələ ilə əlaqədar “Azsığorta” şirkətinə artıq 30-dan çox müraciət daxil olub.

 

Ekspress.az bu barədə Şirkətdən bildirilib. 

 

Şirkətin məlumatında qeyd edilir ki, daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, “Azsığorta” zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah qurub. Həmçinin, müraciətlər *6565 nömrəsi ilə qəbul edilir (Marja).

 

“Azsığorta” üçün bu ilk belə təcrübə deyil – şirkət 2016-cı ildə İmişli rayonunda və 2015-ci ildə Şəki rayonunda baş vermiş zəlzələlər zamanı analojı tədbirlər həyata keçirib".

 

Xatırladaq ki, fevralın 6-na keçən gecə Pirqulu stansiyasından 7 km cənubda zəlzələ qeyd alınmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 5 bala yaxın olub.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND