Bakıda lift düşdü - ÖLƏN VAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda liftin düşməsi nəticəsində xadimənin ölməsinə görə həbs edilən “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Soltanməcid Əzizov və Çingiz Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Ekspress.az -ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Azline" MMC-nin direktoru İlkin Xəlilov dindirilib.
O deyib ki, hadisənin baş verdiyi MTK-ya lift 15 il əvvəl şirkəti tərəfindən quraşdırılıb: "Həmin zaman dövlət orqanları tərəfindən yoxlanılıb və qeydiyyata alınıb. Qeydiyyata alınandan sonra istismara verilib. Həmin zaman liftin quraşdırılmasında heç bir nöqsana yol verilməyib. Yol verilsəydi, qeydiyyata alınmazdı. Həmin liftlərə də pasport verilib".
Şahid söyləyib ki, dövlət orqanları tərəfindən ildə bir dəfə inspektor gəlib liftin vəziyyətini yoxlayır.
Təqsirləndirilən S.Əzizov isə bildirib ki, hadisədən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama aparılıb: "Yoxlama zamanı liftin düzgün quraşdırılmaması qənaetinə gəlinib".
İ.Xəlilov isə liftin quraşdırılmasında heç bir qüsur olmadığını vurğulayıb.
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
Qeyd edək ki, ötən il oktyabrın 4-ü saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri S.Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Rayon prokurorluğunun və rayon Polis idarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Daha sonra Ç.Şıxəliyev də saxlanılıb (report). İstintaq orqanları tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi irəli sürülüb.
Ekspress.az
-
-
16.02 22:57
Bakıda “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib - FOTOLAR
-
16.02 21:14
Rusiyadakı səfirimiz Moskvanın polis rəisi ilə görüşüb
-
16.02 19:50
Azərbaycanlı aktrisanın 800 min manatlıq boyunbağı - FOTO
-
16.02 19:17
Əmrah müğənniliyə son qoyub
-
16.02 18:22
Başqa ölkələrdə tələbələr nə qədər təqaüd alırlar?
-
16.02 17:52
Bu universitetdə kitabxana 24 saat işləyir - Pulsuz yemək və sürətli internet verilir
-
16.02 17:18
Çeçenistanlı nazir: "İnsident iki nüfuzlu icmanı bir-birindən küsdürmək cəhdidir"
-
16.02 17:01
Narkobaron "Seyid" saxlanıldı
-
16.02 16:42
Aqil Ələsgər nüfuzlu beynəlxalq mükafata layiq görüldü
-
16.02 16:40
5 uşaq atası intihar etdi - Astarada
-
16.02 16:35
Rezidenturaya qəbul üçün 140 nəfər ərizəsini təsdiqlədib
-
16.02 16:02
Əli Hüseynli: "Çeçenləri və azərbaycanlıları ümumi tarixi-mədəni ənənələr bağlayır"
-
16.02 15:16
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
16.02 13:48
Daha 200 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək
-
16.02 13:32
Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxıbmış
-
16.02 12:18
Azərbaycanın ən varlı rayonu hansıdır?-RƏSMİ RƏQƏMLƏR
-
16.02 12:01
Səsli işıqforlar hansı ərazilərdə quraşdırılacaq?
-
16.02 11:51
Vüqar Rəhimzadəyə ağır itki üz verib
-
16.02 11:12
Vüsalə Mahirqızı: ONA yeni brenddir, heç bir başqa qurumun davamçısı deyil
-
16.02 10:42
Dövlət Baytarlıq Xidməti heyvanlar arasında xəstəliklərə görə toplandı
-
-
-
12.02 12:08
"Donuz qripi"ndən necə qorunmaq olar?
-
12.02 17:49
Abel Məhərrəmov xəstəxanaya yerləşdirilib
-
14.02 17:33
Doktorant və tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
-
15.02 20:20
Vergilər Nazirliyində kütləvi ixtisarlar - 58 nəfər işdən çıxarıldı
-
10.02 17:46
Hərbi hissələrdə andiçmə - VİDEO - FOTOLAR
-
13.02 22:17
İlham Əliyev Beyləqanda sakinlərlə mahnı oxudu - VİDEO
-
11.02 17:46
Bakıda bölmə rəisinin müavini ölkəni tərk edərkən SAXLANILDI
-
11.02 12:26
İlahiyyatçı prezidentə müraciət etdi
-
11.02 21:08
Prezident Zahid Oruca vəzifə verdi
-
14.02 11:06
Dörd rayonun polis rəisi dəyişdi
-
10.02 11:12
Əkbər Qoşalının şeir kitabının imza günü keçirilib- FOTOLAR
-
11.02 10:57
Qəbul imtahanlarının vaxtı açıqlandı
-
14.02 19:14
Yeni xəbər agentliyi yaranır - Təsisçisi Vüsalə Mahirqızıdır
-
10.02 21:48
Azərbaycan səmasında UNO qeydə alınıb ŞOK
-
12.02 14:50
Qadın abort zamanı dünyasını dəyişib - Göyçayda
-
14.02 15:42
Pensiyaların minimum məbləği 38,5 faiz artırılacaq
-
12.02 13:22
Qonşunun pəncərəsi sizin həyətə baxırsa - Şikayət etmək OLARMI?
-
14.02 21:05
Mehriban Əliyeva Gəncədə bir sıra yerləri ziyarət etdi - FOTO
-
15.02 11:56
Bakının məşhur hamamında yanğın olub, ölən var
-
13.02 13:22
Hava yenə dəyişəcək - Rayonlarda qar yağacaq
-