Di­as­por təş­ki­lat­la­rı Azər­bay­ca­nın mə­də­ni ir­si­ni təb­liğ edir

22.10.2018 19:12
511
Di­as­por təş­ki­lat­la­rı Azər­bay­ca­nın mə­də­ni ir­si­ni təb­liğ edir

Azər­bay­can xal­qı­nın mə­də­ni ir­si­nin təb­li­ği is­ti­qa­mə­tin­də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən da­vam­lı təd­bir­lər gö­rü­lür. Dün­ya azr­bay­can­lı­la­rı­nın qu­rul­tay­la­rın­da soy­daş­la­rı­mı­za xal­qı­mı­zın mə­də­ni iris­nin təb­li­ği məq­sə­di­lə töv­si­yə və tək­lif­lər ve­ri­lir.


Soy­daş­la­rı­mı­za töv­si­yə edi­lir ki, di­as­por təş­ki­lat­la­rı üzv­lə­ri­nin və on­la­rın öv­lad­la­rı­nın ana di­li­ni, mil­li mə­də­niy­yə­ti, ta­ri­xi­ni öy­rən­mə­si, və­tən­pər­vər­lik ru­hun­da tər­bi­yə­si məq­sə­di­lə təh­sil ocaq­la­rı­nın, müx­tə­lif fa­kül­tə­tiv kurs­la­rın və dər­nək­lə­rin təş­ki­li via­cib­dir. Həm­çi­nin təd­ris pro­se­sin­də Azər­bay­can xal­qı­nın mil­li döv­lət­çi­li­yi və in­ki­şaf pers­pek­tiv­lə­ri, "Azər­bay­can" və "azər­bay­can­lı" an­la­yış­la­rı­nın məz­mu­nu, Azər­bay­can xal­qı­nın mil­li tə­fək­kü­rün­də "Və­tən" an­la­yı­şı, azər­bay­can­lı­la­rın mil­li-mə­nə­vi key­fiy­yət­lə­ri və s. ba­rə­də məş­ğə­lə­lə­rin apa­rıl­ma­sı önəm­li ol­du­ğu bil­di­ri­lir.


Bu sa­hə­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın qar­şı­sın­da bir ne­çə is­tiq­mət üz­rə təd­bir­lər mü­əy­yən­ləş­di­ri­lib. Di­as­por təş­ki­lat­la­rı­na töv­si­yə olu­nur ki, Azər­bay­can­lı­la­rın məs­kun­laş­dıq­la­rı öl­kə­lə­rin qa­nun­ve­ri­ci­li­yi­nə və bey­nəl­xalq kon­ven­si­ya­la­rın tə­ləb­lə­ri­nə uy­ğun ola­raq, et­no­mə­də­ni özü­nə­məx­sus­lu­ğun qo­run­ma­sı, in­ki­şaf et­di­ril­mə­si, mil­lət­lə­ra­ra­sı və mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq­da əmək­daş­lıq məq­sə­di­lə təd­bir­lə­rin gö­rül­mə­si, ic­ti­mai təş­ki­lat­lar, as­so­sia­si­ya­la­rın ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər gö­rül­sün. Soy­daş­la­rı­mı­zın öz di­li­nə, mə­də­niy­yə­ti­nə, ta­ri­xi kök­lə­ri­nə və mil­li-mə­nə­vi də­yər­lə­ri­nə bağ­lı­lı­ğı­nı qo­ru­yub sax­la­ma­la­rı üçün mil­li te­atr­la­rın, ki­tab­xa­na­la­rın açıl­ma­sı, mil­li mə­də­niy­yət­lə­rin qo­run­ma­sı­na da­ir bey­nəl­xalq kon­ven­si­ya­la­rın müd­dəa­la­rı­na uy­ğun ola­raq xa­ri­ci öl­kə­lər­də məs­kun­la­şan azər­bay­can­lı­la­rın mil­li-mə­də­ni cə­miy­yət­lə­rin ya­ra­dıl­ma­sı, mil­li özü­nə­məx­sus­lu­ğu mü­ha­fi­zə et­mək məq­sə­di­lə di­gər zə­ru­ri təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si məs­lə­hət bi­li­nir.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın mil­li-mə­nə­vi key­fiy­yət­lə­ri­ni, əx­la­qi də­yər­lə­ri­ni ya­şat­maq, təb­liğ et­mək, zən­gin mə­də­niy­yə­ti­ni, adət-ənə­nə­lə­ri­ni qay­ğı ilə mü­ha­fi­zə et­mək­lə gə­lə­cək nə­sil­lə­rə aşı­la­maq önəm­li mə­sə­lə­lər­dən­dir. Bu is­ti­qa­mət­də də tədb­rlə­rin təş­ki­li­nin önə­mi vur­ğu­la­nır.

Azər­bay­can­lı­la­rın sıx hal­da ya­şa­dı­ğı xa­ri­ci öl­kə­lər­də ana di­li­nin, Azər­bay­can ta­ri­xi, mə­də­niy­yə­ti və coğ­ra­fi­ya­sı­nın təd­ri­si məq­sə­di­lə "Həf­tə so­nu" şə­bə­kə­si­nin ge­niş­lən­di­ril­mə­si, "Həf­tə so­nu" mək­təb­lə­ri­nin mad­di-tex­ni­ki ba­za­sı­nın yax­şı­laş­dı­rıl­ma­sı, əya­ni və dərs və­sa­it­lə­ri ilə tə­mi­na­tı işi­nin güc­lən­di­ril­mə­si, hə­min mək­təb­lə­rin kadr po­ten­sia­lı­nı in­ki­şaf et­dir­mək məq­sə­di­lə təd­bir­lə­rin gö­rül­mə­si töv­si­yə edi­lir.


Azər­bay­can xal­qı­nın folk­lor nü­mu­nə­lə­ri­nin, mu­si­qi­si­nin, ədə­biy­yat və in­cə­sə­nə­ti­nin zən­gin mə­də­ni ir­si­nin gənc nəs­lə təb­li­ği va­cib mə­sə­lə­lər­dən­dir. Bu­nun üçün bir­gə mə­də­ni-küt­lə­vi təd­bir­lə­rin - mu­si­qi fes­ti­val­la­rı­nın, mil­li mə­də­niy­yət gün­lə­ri­nin, rəsm sər­gi­lə­ri­nin, Azər­bay­can ki­no­su gün­lə­ri­nin təş­ki­lin­də di­as­por nü­ma­yən­də­lə­ri­nin həm­rəy­lik nü­ma­yiş et­dir­mə­si məs­lə­hər gö­rü­lür. Bu is­ti­qa­mət­də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı­na və on­la­rın gö­rüş­lə­ri­nin təş­ki­li­nə səy gös­tə­ril­mə­si, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan ta­nın­mış azər­bay­can­lı elm və mə­də­niy­yət xa­dim­lə­ri­nin yu­bi­ley­lə­ri­nin qeyd edil­mə­si, bey­nəl­xalq mə­də­niy­yət fes­ti­val­la­rın­da Azər­bay­ca­nın la­yi­qin­cə təm­sil olun­ma­sı üçün di­as­por təş­ki­lat­la­rı­nın im­kan­la­rı­nın sə­fər­bər edil­mə­si, Azər­bay­ca­nın ta­ri­xi və mə­də­niy­yə­tin­dən bəhs edən mu­zey mər­kəz­lə­ri­nin ya­ra­dıl­ma­sı tək­lif olu­nur.


Töv­si­yə edi­lir ki, dün­ya­nın nü­fuz­lu mu­zey­lə­rin­də Azər­bay­can ta­ri­xi və mə­də­niy­yə­ti haq­qın­da eks­po­nat­la­rı özün­də əks et­di­rən gu­şə­lər təş­kil edil­sin, Azər­bay­can xal­qı­nın mə­də­ni ir­si ba­rə­də mə­lu­mat ve­rən təb­li­ğat ma­te­ri­al­la­rı ya­yıl­sın, Azər­bay­can xal­qı­nın qə­dim ta­ri­xi­nin, zən­gin mə­də­ni ir­si­nin təb­li­ği üçün bir­gə mə­də­ni-küt­lə­vi təd­bir­lər - kon­sert proq­ram­la­rı, mu­si­qi fes­ti­val­la­rı, mə­də­niy­yət gün­lə­ri, rəsm sər­gi­lər, Azər­bay­can ki­no­su gün­lə­ri təş­kil olun­sun.


Azər­bay­can mə­də­niy­yə­ti­ni təb­liğ edən ma­te­ri­al­la­rın xa­ri­ci küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də ya­yı­mı­na na­il ol­maq is­ti­qa­mə­tin­də səy­lə­rin bir­ləş­di­ril­mə­si, Azər­bay­can ta­ri­xi­nə da­ir ma­te­ri­al­la­rın - mə­qa­lə, mo­noq­ra­fi­ya və ki­tab­la­rın ya­yıl­ma­sı­na na­il ol­maq, bir­gə el­mi-prak­tik konf­rans­lar ke­çir­mək, sə­nəd­li və bə­dii film­lə­rin xa­ri­ci dil­lə­rə tər­cü­mə edi­lə­rək nü­fuz­lu te­le­ka­nal­lar va­si­tə­si­lə nü­ma­yiş et­di­ril­mə­si is­ti­qa­mə­tin­də təd­bir­lər gör­mək, Azər­bay­ca­nın ta­ri­xi və mə­də­ni abi­də­lə­ri­nin, mil­li də­yər­lə­ri­nin er­mə­ni­lər tə­rə­fin­dən mə­nim­sə­nil­mə­si­nə qar­şı ar­dı­cıl və sis­te­mi­li təd­bi­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si də va­cib təd­bir­lər­dən he­sab olu­nur.


Xal­qı­mı­zın mə­də­ni ir­si­nin təb­li­ğin­də xa­ri­ci öl­kə­lə­rin te­le­vi­zi­ya ka­nal­la­rın­da Azər­bay­can və türk xalq­la­rı­nın mə­də­niy­yə­tin­dən bəhs edən film­lə­rin nü­ma­yiş et­di­ril­mə­si də töv­si­yə edi­lir. Bun­dan baş­qa Azər­bay­can şə­hər­lə­ri ilə dün­ya­nın müx­tə­lif iri şə­hər­lə­ri ara­sın­da qar­daş­laş­ma və əmək­daş­lıq mü­qa­vi­lə­lə­ri­nin im­za­lan­ma­sı məq­sə­di­lə bir­gə təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si, Azər­bay­ca­nın tu­rizm im­kan­la­rı­nı təb­liğ et­mək məq­sə­di­lə iş adam­la­rı­nı cəlb et­mək­lə bir­gə tu­rizm sər­gi­lə­ri­nin ke­çi­ril­mə­si və tu­rizm sa­hə­sin­də ça­lı­şan azər­bay­can­lı iş adam­la­rı ara­sın­da əla­qə­lə­rin qu­rul­ma­sı­na na­il ol­maq məq­sə­di­lə on­la­rın gö­rüş­lə­ri­nin təş­kil edil­mə­si­nin əhə­miy­yət­li ola­ca­ğı qeyd olu­nur.


Qeyd edi­lən is­ti­qa­mət­lər üz­rə Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si və xa­ric­də fəa­liy­yət gös­tə­rən di­as­po­ra təş­ki­lat­la­rı­nın təş­ki­lat­çı­lı­ğı ilə bir sı­ra təd­bir­lər ke­çi­ri­lib. 2018-ci ilin bi­rin­ci ya­rı­sı­na aid olan mə­lu­ma­ta əsa­sən, bi­rin­ci ya­rı­mi­li ər­zin­də xal­qı­mı­zın zən­gin mə­də­ni ir­si­nin təb­li­ği, həm­çi­nin döv­lət əhə­miy­yət­li ta­ri­xi əla­mət­dar gün­lə­rin qeyd olun­ma­sı is­ti­qa­mə­tin­də uğur­lu la­yi­hə­lər ic­ra olu­nub. Mə­də­ni isr­sin təd­li­ği is­ti­qa­mə­tin­də təx­mi­nən 40 təd­bir və la­yi­hə hə­ya­ta ke­çi­ri­lib.


Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 95-ci il­dö­nü­mü ilə əla­qə­dar dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də sil­si­lə təd­bir­lər ke­çi­ri­lib. Bu təd­bir­lər­dən 8 may 2018-ci il ta­ri­xin­də Azər­bay­can-Mon­te­neq­ro Mə­də­ni və İq­ti­sa­di Mər­kə­zin­də Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 95-ci il­dö­nü­mü mü­na­si­bə­ti­lə iki­gün­lük şah­mat tur­ni­ri təş­kil olu­nub. Tur­ni­rin qa­lib­lə­ri­nə "Hey­dər Əli­yev ku­bo­ku" ve­ri­lib. Da­ha bir id­man təd­bi­ri 10 may 2018-ci il ta­ri­xin­də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi və Hey­dər Əli­yev adı­na Dün­ya Boks Ko­mi­tə­si­nin (World Bo­xing Com­mit­tee H.Ali­yev) təş­ki­lat­çı­lı­ğı ma­yın 5-də baş Al­ma­ni­ya­nın Vays­vas­ser şə­hə­rin­də Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 95 il­lik yu­bi­le­yi­nə həsr olu­nan pe­şə­kar boks tur­ni­ri olub.


Mar­tın 1-də Tür­ki­yə­nin İz­mir şə­hə­ri­nin Kar­şı­ya­ka ra­yo­nun­da­kı Hey­dər Əli­yev Par­kın­da Ulu Ön­də­rin büs­tü açı­lıb. Açı­lış mə­ra­si­min­də rəs­mi şəxs­lər, mil­lət və­kil­lə­ri, yer­li ic­ti­ma­iy­yə­tin ta­nın­mış nü­ma­yən­də­lə­ri, QHT və KİV təm­sil­çi­lə­ri, o cüm­lə­dən Qa­ra­bağ mü­ha­ri­bə­si qa­zi­lə­ri iş­ti­rak edib. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si səd­ri­nin bi­rin­ci müa­vi­ni Va­leh Ha­cı­yev, mil­lət və­kil­lə­ri Qə­ni­rə Pa­şa­ye­va və So­na Əli­ye­va, Kar­şı­ya­ka ra­yo­nun bə­lə­diy­yə­si­nin səd­ri Hü­se­yin Mut­lu Ak­pı­nar, İz­mir­də­ki Azər­bay­can Mə­də­niy­yət və Da­ya­nış­ma Dər­nə­yi­nin səd­ri Mü­la­zim Pah­sa və baş­qa­la­rı­nın çı­xış­la­rı din­lə­ni­lib. Çı­xış­lar­da ümum­mil­li li­der Hey­dər Əli­yev şəx­siy­yə­ti­nin uca­lı­ğın­dan, Ulu Ön­də­rin Azər­bay­can və Tür­ki­yə­nin in­ki­şa­fı na­mi­nə hə­ya­ta ke­çir­di­yi bey­nəl­xalq la­yi­hə­lə­rin əhə­miy­yə­tin­dən, xalq ara­sın­da tü­kən­məz nü­fu­zun­dan da­nı­şı­lıb. Qeyd edək ki, Kar­şı­ya­ka ra­yo­nun bə­lə­diy­yə­si və İz­mir­də­ki Azər­bay­can Mə­də­niy­yət və Da­ya­nış­ma Dər­nə­yi ara­sın­da əl­də olu­nan ra­zı­lıq əsa­sın­da möv­cud Hey­dər Əli­yev Par­kı ye­ni­dən qu­ru­lub və bu­ra­da Ulu Ön­də­ri­mi­zin büs­tü qo­yu­lub.


Ma­yın 5-də Al­ma­ni­ya­nın Düs­sel­dorf şə­hə­ri­nin "Vit­genş­teyn" adı­na Mə­də­niy­yət Mər­kə­zin­də Azər­bay­can, rus və al­man dil­li cə­miy­yət­lə­rin iş­ti­ra­kı ilə Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin və da­hi Azər­bay­can bəs­tə­ka­rı Qa­ra Qa­ra­ye­vin 100 il­lik­lə­ri­nə həsr olu­nan ədə­bi-mu­si­qi­li ge­cə ke­çi­ri­lib.

Ma­yın 7-də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ana­dan ol­ma­sı­nın 95-ci il­dö­nü­mü ilə əla­qə­dar təd­bir təş­kil olu­nub. Təd­bir­də Ümum­mil­li li­de­rin xa­ti­rə­si­nə həsr olun­muş "Bö­yük öm­rün an­la­rı" fil­mi nü­ma­yiş et­di­ri­lib. Təd­bir­də çı­xış edən Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov ulu ön­dər Hey­dər Əli­ye­vin şə­rəf­li hə­yat yo­lu və fəa­liy­yə­ti haq­qın­da da­nı­şıb. O bil­di­rib ki, öl­kə­mi­zin müs­tə­qil­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si, iq­ti­sa­di yük­sə­li­şi­nin tə­min edil­mə­si, bey­nəl­xalq nü­fu­zu­nun ar­tı­rıl­ma­sı bö­yük si­ya­si və ic­ti­mai xa­di­min səy­lə­ri nə­ti­cə­sin­də müm­kün olub. Ma­yın 10-da Azər­bay­can Res­pub­li­ka­sı­nın Mi­sir Ərəb Res­pu­li­ka­sın­da­kı Sə­fir­li­yi, "Və­tən­pər­vər" Azər­bay­ca­nın Mi­sir­də Di­as­por Təş­ki­lat­la­rı Bir­li­yi­nin və Mi­si­rin Qal­yu­biy­yə vi­la­yət rəh­bər­li­yi­nin bir­gə təş­ki­lat­çı­lı­ğı ilə bu­ra­da yer­lə­şən Mi­sir-Azər­bay­can Dost­luq Par­kın­da Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri Hey­dər 10 Əli­ye­vin ana­dan ol­ma­sı­nın 95-ci il­dö­nü­mü ilə əla­qə­dar təd­bir­lər ke­çi­ri­lib. Təd­bir­də beş mil­yon əha­li­si olan Qal­yu­biy­yə vi­la­yə­ti­nin qu­ber­na­to­ru Mah­mud Əl Aş­ma­vi, Azər­bay­can Res­pub­li­ka­sı­nın Mi­sir Ərəb Res­pu­li­ka­sın­da­kı sə­fi­ri Tu­ral Rza­yev, Vi­la­yət məc­li­si­nin üzv­lə­ri, Azər­bay­can Res­pub­li­ka­sı­nın bu öl­kə­də­ki sə­fir­li­yi­nin əmək­daş­la­rı, di­as­por rəh­bər­lə­ri və üzv­lə­ri iş­ti­rak edib­lər.


Dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də məs­kun­la­şan soy­daş­la­rı­mız "Nov­ruz bay­ra­mı", 28 May Res­pub­li­ka Gü­nü, 15 İyun Mil­li Qur­tu­luş Gü­nü və di­gər bay­ram­la­rı ge­niş şə­kil­də qeyd edə­rək öl­kə­mi­zin ta­ri­xi, zən­gin mə­də­ni ir­si­ni təb­liğ et­mə­yə ça­lı­şıb. Bu­nun­la ya­na­şı, soy­daş­la­rı­mız Azər­bay­ca­nın gör­kəm­li şəx­siy­yət­lə­ri­nin yad edil­mə­si məq­sə­di­lə təd­bir­lər, kon­sert proq­ram­la­rı təş­kil edib, dün­ya fes­ti­val­la­rın­da və sər­gi­lər­də iş­ti­rak edib­lər.


Oyu­nun 15-də Mur­mans­kda Azər­bay­ca­nın Mil­li Qur­tu­luş Gü­nü­nə həsr edi­lən təd­bir ke­çi­ri­lib. Mur­mans­kda­kı "Azər­bay­can" Mil­li-Mə­də­ni Mux­ta­riy­yə­ti və Ru­si­ya­nın Azər­bay­can­lı Gənc­lər Bir­li­yi­nin (RAGB) yer­li nü­ma­yən­də­li­yi Azər­bay­ca­nın Mil­li Qur­tu­luş Gü­nü­nə həsr edil­miş təd­bir ke­çi­ri­lib. Təd­bir çər­çi­və­sin­də təş­kil olu­nan "Xal­qın xi­las­ka­rı" ad­lı fo­to­sər­gi­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin na­dir fo­to­şə­kil­lə­ri, res­pub­li­ka­mız haq­qın­da müx­tə­lif nəşr­lər nü­ma­yiş et­di­ri­lib. Təd­bi­rə Ru­si­ya­nın və Azər­bay­ca­nın döv­lət struk­tur­la­rı­nın və ic­ti­ma­iy­yə­tin nü­ma­yən­də­lə­ri, Mur­mansk şə­hə­ri­nin və vi­la­yə­tin müx­tə­lif ali mək­təb­lə­ri­nin mü­əl­lim­lə­ri və tə­lə­bə­lə­ri də­vət olu­nub.

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND