Kənd Təsərrüfatı Nazirliyi quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

03.05.2019 16:49
137
Kənd Təsərrüfatı Nazirliyi quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

Quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır. Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır.


Bunu nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov bu gün keçirilən mətbuat konfransında deyib.


Onun sözlərinə görə, bu peyvəndləmə üsulunun həm müsbət, həm də mənfi tərəfləri var:


"Oral vaksinasiyanın müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Ancaq bu vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar (trend). Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya olunurlar və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır".


A.Ömərov qeyd edib ki, hazırki vaxtda oral vaksinasiya tətbiq edilmir, bu tədbir helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir.


Nazirlik rəsmisi bildirib ki, ümumilikdə, itlərin populyasiyalarının artımı müşahidə olunur:


"Dünya təcrübəsində it və pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirirlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməsinin qarşısını alır".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND