Zelenskinin qələbəsi Avropa üçün problem olacaq - KİV


23.07.2019 10:37
54
Zelenskinin qələbəsi Avropa üçün problem olacaq - KİV

Ukrayna Prezidenti Vladimir Zelenskinin partiyasının parlament seçkisində qələbəsi Avropanın ciddi problemlərlə üzləşməsinə səbəb ola bilər.


Ekspress.az xəbər verir ki, bu iddia ilə “Die Velt” qəzeti çıxış edib. Qəzet Xalqın Xidmətçisi Partiyasına səs verən ukraynalılar arasında Rusiya ilə münasibətlərin yaxşılaşmasını arzu edənlərin sayının kifayət qədər çox olduğunu bildirib:


“Əgər Zelenski Poroşenkonun mövqeyindən imtina etsə və Moskva ilə kompromisə getsə, bu, Avropada sərhədlərin uğurla dəyişdirilməsinin siqnalı olacaq. Bundan sonra Rusiya təzyiqlərini gücləndirəcək və eskalasiyaya cəhd edəcək” (axar).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND