• 6 °C Bakı
  • 2 °C Quba
  • 10 °C Gəncə
  • 8 °C Yevlax
  • 5 °C Naxçıvan

"ABŞ Yaxın Şərqdəki terrorçulara hava zərbələrini davam etdirəcək" - Pompeo

10.01.2019 20:32
124
"ABŞ Yaxın Şərqdəki terrorçulara hava zərbələrini davam etdirəcək" - Pompeo

"ABŞ Yaxın Şərqdə terrorçulara bağlı hədəflər ortaya çıxdıqca onlara hava zərbələri endirməyə davam edəcək".


Ekspress.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Qahirə Amerika Universitetində ölkəsinin Yaxın Şərqdəki fəaliyyəti və hədəflərinə həsr olunan çıxışı zamanı deyib.


“ABŞ terrorla mübarizədə bundan sonra da etibarlı tərəfdaş olacaq. Regionda hədəflər ortaya çıxdıqca hava zərbələrinə davam edəcəyik. İŞİD-i məhv etmək üçün koalisiyadakı ortaqlarımızla birgə çalışacağıq. Yaxın Şərqdə və bütün dünyada sığınacaq axtaran terrorçuları izləməkdə davam edəcəyik”, - deyə Pompeo bildirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND