Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

01.04.2019 10:08
270
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ekspress.az -a bildirilib ki, bu il aprelin 1-dək fonda 98.386.852,81 AZN, 213.577,88 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub.


Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.


Ekspress.az