• 9 °C Bakı
  • 7 °C Quba
  • 6 °C Gəncə
  • 6 °C Yevlax
  • 4 °C Naxçıvan

2 gün ərzində 45 cinayət törədilib

18.02.2019 10:05
56
2 gün ərzində 45 cinayət törədilib

Fevralın ayının 16-dan 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekspress.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 45 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND