5 körpənin öldüyü Doğum Evinin baş həkimi danışdı

01.03.2019 18:48
378
5 körpənin öldüyü Doğum Evinin baş həkimi danışdı

"Bizim doğum evində qeydə alınan körpə ölümlərinin hamısı ətraf rayonlardan gələn ölü doğuşlardı. Baş verən körpə ölümlərinin hamısı ana bətnində ölmüş körplərlə bağlı faktlardır”.


Ekspress.az xəbər verir ki, bu sözləri Bərdə Doğum Evinin baş həkimi Tunzalə Quliyeva deyib. 


Baş həkim bildirib ki, rəhbərlik etdiyi xəstəxanaya ana bətnində diri gəlib, orada ölən körpə olmayıb: "Hər bir hadisə ilə bağlı polisə və prokurorluğa da özümüz xəbər vermişik. Körpəsi ölən valideynlərin də heç biri şikayətçi deyil. Hətta onlardan bəziləri bu xəbərin mətbuatda belə qabardılamasına da narazılıqlarını bildirdilər. Onlar bu məsələyə polisin qarışmasını istəmirdilər, lakin biz valideynlərə bunun sadəcə bir prosedur olduğunu izah etdik”. 


T.Quliyevanın sözlərinə görə, rəhbərlik etdiyi Doğum Evi regional olduğu üçün ətraf rayonlardan ölü dölləri qəbul eləmək məcburiyyətindədirlər: "Biz belə hallarla üzləşmiş xəstələri qəbul edir, onlara lazımi yardımı göstəririk. Ölü doğuş edən bütün qadınlar sağ-salamat evinə gedib, ölü döllər isə ekspertizaya verilib. Onun da nəticələri yəqin ki, özlərindədir” (medicina).


Ekspress.az

Açar sözlər: