Bakıda kriminal avtoriteti öldürənlər müəyyənləşdirilərək tutulub

07.06.2019 22:28
188
Bakıda kriminal avtoriteti öldürənlər müəyyənləşdirilərək tutulub

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.


Müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər (APA).


Qeyd edək ki, saxlanılan şəxslər kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir. Kriminal avtoritetlə birgə "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra qaçıb.


Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND