• 21 °C Bakı
  • 20 °C Quba
  • 19 °C Gəncə
  • 15 °C Yevlax
  • 17 °C Naxçıvan

Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsib

21.02.2019 21:46
123
Daşkəsəndə dayı bacısı qızını qaçıranın başını kəsib

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bahadur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Ekspress.az xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası martın 4-nə təyin edilib.


İttihama görə, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçıraraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. (trend)

Daha sonra qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu A.İsayevin boğazını kəsərək qətlə yetirib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND