İlham Əliyev Beyləqana 5 milyon ayırdı - SƏRƏNCAM

13.02.2019 17:40
262
İlham Əliyev Beyləqana 5 milyon ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 13-də “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.


Ekspress.az xəbər verir ki, Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 36 mənzilli yaşayış binasının tikintisinə görə 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə 1 milyon manat ayrılıb.


Dövlət başçısı “Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” da Sərəncam imzalayıb.


Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Açar sözlər: