Klubunun sahibi vəfat etdi

03.10.2019 16:20
91
Klubunun sahibi vəfat etdi

İtaliyanın “Sassuolo” klubunun sahibi Corcio Skuintsi vəfat edib.


Ekspress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Uzun zamandır xəstəlikdən əziyyət çəkən Skuintsi 76 yaşında vəfat edib.


Skuintsi 2002-ci ildən “Sassuolo”nun sahibi idi. Onun dönəmində klub tarixində ilk dəfə olaraq – 2015/16 mövsümündə Avropa Liqasına vəsiqə qazanmışdı.


“Sassuolo” hazırda A Seriyasında 6 turdan sonra 6 xalla 13-cü sırada qərarlaşıb. (unikal)


Ekspress.az