Dekabrın 9-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək


30.11.2018 13:03
45
Dekabrın 9-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. Bu barədə Ekspress.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.


Verilən məlumata görə, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək.


Qatarların yeni hərəkət cədvəlləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND