İldə 150 milyon tablet istehsal edəcək dərman zavodunun tikintisi davam edir

08.05.2019 19:59
112
İldə 150 milyon tablet istehsal edəcək dərman zavodunun tikintisi davam edir


Qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq, bərk formalı dərmanların istehsalı ilə məşğul olacaq "Scandens Pharmaceutical Industries" MMC əczaçılıq zavodunun tikintisi davam etdirilir.


"Scandens Pharmaceutical Industries" MMC 90 adda 150 milyondan çox tablet və 40 milyon kapsul istehsal edəcəkdir. Zavodda dərman istehsalının ilkin xammaldan hazır məhsulun ərsəyə gəlməsinə qədər tam sikli həyata keçirilir. Əczaçılıq sənayesinin Bosh, Uhlmann, Fette, Glatt, Flaktwood və s. kimi dünyada tanınmış liderlərinin ən müasir yüksək texnologiyalı avadanlıqlarından istifadə olunması WHO, GMP və Eu GMP beynəlxalq standartlarına tam cavab verən dərman vasitələrinin istehsalına imkan yaradacaqdır.


"Scandens Pharmaceutical Industries" zavodunun işə düşməsi nəticəsində 100-dən çox yüksək ixtisaslı mütəxəssisin işlə təmin edilməsinə imkan yaradılacaq. Şirkət gələcəkdə Azərbaycan Dövlət Tibb Universiteti ilə sıx əməkdaşlıq edərək ölkənin əczaçılıq sənayesinin dirçəlişi üçün dərman istehsalı üzrə mütəxəssislərin hazırlanmasından ötrü baza yaradılmasını da planlaşdırır.


"Scandens Pharmaceutical Industries" zavodunda ölkə səhiyyəsi üçün anti-diabetik, tüberküloz, kardiologiya, analgetik, nevroloji və digər qrup dərman preparatlarının hazırlanması nəzərdə tutulub.


Zavod, həmçinin öz məhsullarını MDB və digər qonşu ölkələrin də əczaçılıq bazarlarına ixrac etməyi planlaşdırır. Skandens Pharmaceutical Industries MMC özünün inkişaf strategiyasına uyğun qiymət siyasəti nəticəsində daha ucuz, lakin keyfiyyətli məhsulların istehsal həcminin artırılmasını hədəfləyir.


Hazırda dünya əczaçılıq nəhəngləri ilə bəzi dərman vasitələrinin Skandens Pharmaceutical Industries MMC-nin müəssisələrində birgə istehsalına dair danışıqlar da aparılır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND