"Neftçi" və "Səbail"in Avropa Liqasındakı potensial rəqibləri 5-ə enib


17.06.2019 21:39
168
"Neftçi" və "Səbail"in Avropa Liqasındakı potensial rəqibləri 5-ə enib

Azərbaycan klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.


Ekspress.az xəbər verir ki, bu, püşkatmaya bir gün qalmış baş verib.

Səpələnmişlər sırasında yer alan "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.


Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq (report).


İyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Oyunlar isə iyulun 11-də və 18-də keçiriləcək.


Ekspress.az

Açar sözlər: