Sumqayıtda yeni zavodlar tikiləcək

15.05.2019 15:26
61
Sumqayıtda yeni zavodlar tikiləcək


Sumqayıt şəhərində yeni istehsal müəssisələri yaradılacaq.


“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Sumqayıt şəhərində iplik istehsalı müəssisəsinin qurulması, sabun və gigiyenik məhsullar, sellüloz, müxtəlif profnastillər və kaset panellər, şərab şüşələri və tara istehsalı, logistika mərkəzinin yaradılması planlaşdırılır.


Bununla yanaşı, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişaf etdirilməsi istiqamətində də addımlar atılacaq (ONA). Orada şüşə və saxsı məmulatlar istehsalı zavodunun tikintisi, müasir tipli dam örtükləri və fasad üçün düz lövhələr, termoformasiya metodu ilə vərəqə şüşə istehsalı, yun əyirici-boyaq fabrikinin və sənayedə geniş istifadə olunacaq polimerdən kisə və torbaların istehsalı müəssisəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND