Belarus liderindən Paşinyana ittiham: “Problemi o yaradıb”

14.12.2018 15:32
353
Belarus liderindən Paşinyana ittiham: “Problemi o yaradıb”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibini hələ də seç bilməməyimiz biabırçılqıdır”.

 

Ekspress.az "modern.az"a istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında deyib. O yaranmış böhranda Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.

 

“KTMT-ın Baş katibi postuna təqaüdçüləri deyil, gənc, istedadlı generalları təyin etmək lazımdır. Baş katibin seçilməsi ilə bağlı həngaməni Nikol Paşinyan yaradıb. O mənə telefonla zəng edəndə “Xaçaturovu nə üçün siyasi motivlərlə həbs etdin. Mən siyasi motivlər əsasında həbsləri dəstəkləmirəm”-deyə ona dedim.

 

Avrasiya İttifaqı liderlərinin Sankt-Peterburq sammiti barədə də danışan Lukaşenko həmin görüşdə özünün, Putinin və Nursultan Nazarbayevin Paşinyana eyni sualı verdiklərini xatırlayıb.

“Nə üçün o Xaçaturovun həbsi barədə vacib qərarı verəndə bizimlə məsləhətləşmədi? Axı, problemi biz yox, Paşinyan yaradıb”.


Ekspress.az


Açar sözlər: