Avropa Parlamentinin iki aparıcı partiyası ilk dəfə say çoxluğunu itirib


27.05.2019 10:32
52
Avropa Parlamentinin iki aparıcı partiyası ilk dəfə say çoxluğunu itirib

Avropa Parlamentinin (AP) iki aparıcı partiyası ilk dəfə say çoxluğunu itirib.


Ekspress.az xəbər verir ki, bunu AP-də keçirilən seçkilərin ilkin nəticələri göstərir.

Avropa Xalq Partiyası (AXP) və Sosialistlər və Demokratların Tərəqqi İttifaqı (SDTİ) birinci və ikinci yeri qoruyub.


Qeyd olunur ki, partiyalar tarixdə ilk dəfə birgə mandat sayının əksəriyyətini itirib.

AXP 178 mandat əldə edibsə, SDTİ 152 yerə sahib çıxıb (report).


İlk üçlüyü AP-də 108 yer almış Avropa naminə Liberallar və Demokratlar İttifaqı tamamlayır.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND