Bakıda görünən bu kəpənəklər İsveçə də “hücum edib”

21.06.2019 22:17
184
Bakıda görünən bu kəpənəklər İsveçə də “hücum edib”

İsveçin Eland adasına 100 milyonlarla kəpənək “hücum edib”.


Bölgədə “Vanessa cardui” növlü kəpənəklər çoxalıb.


Qeyd olunur ki, həmişə bu mövsümdə İsveçdə və Skandinaviyada adətən 10 minədək kəpənək müşahidə olunurdu. Bu il kəpənəklərin Eland adasında bu qədər çox olması iqlim dəyişiklikləri ilə izah olunur.


“Vanessa cardui” kəpənəkləri Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi bölgələrində yaşayır.


Ekspress.az xəbər verir ki, mayda Bakıda da bu kəpənəklər kütləvi şəkildə müşahidə olunmuşdu.


Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova Bakıda, eləcə də şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsinin səbəbini açıqlayaraq Trend-ə bildirmişdi ki, bu növ kəpənəklər hər il Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz, eləcə də region ölkələrin üzərindən Mərkəzi Avropa istiqamətində miqrasiya edir:


"Vanessa cardui 5000 km məsafəyə qədər miqrasiya etmək xüsusiyyətinə malikdir. Nəzərə alaq ki, Azərbaycan bu növün miqrasiya yoluna çox yaxın yerləşir. Bu növün kütləvi yayılmasının əsas səbəbi onların miqrasiya etməsidir".


Ekspress.az