Məzunların qəbul imtahanlarını verəcəkləri ərazi necə müəyyənləşəcək?

18.04.2019 12:22
138
Məzunların qəbul imtahanlarını verəcəkləri ərazi necə müəyyənləşəcək?

Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrin qəbulu başa çatıb.


May ayından etibarən isə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarına başlanacaq.

Abituriyentlər imtahandan bir neçə gün əvvəl buraxılış vərəqələrini DİM-in rəsmi səhifəsindən əldə edə bilərlər.


Bəs cari və əvvəlki ilin məzunlarının qəbul imtahanlarını verəcəkləri ərazi hansı meyarlar əsasında seçiləcək?


Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Yəni, bu zaman sizin hansı ərazidə və ya şəhərdə qeydiyyatda olmağınız nəzərə alınmır.


Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verəcəklər.


Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 15-dən aprelin 16-sı saat 12:00-a qədər internet vasitəsilə aparılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND