Sabahın hava proqnozu açıqlandı


25.09.2019 13:34
118
Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ekspress.az -a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 , gündüz 50-55 faiz olacaq.


Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Ekspress.az