"Xal itirsək birinci yer uğrundakı yarış başa çatacaq" - Qvardiola

31.12.2018 12:38
283
"Xal itirsək birinci yer uğrundakı yarış başa çatacaq" - Qvardiola

""Liverpul" hazırda Avropa və dünyadakı ən yaxşı komandadır. Xal itirsək hər şeyin bitəcəyini bilirik. Birinci yer uğrundakı yarış başa çatacaq".


Ekspress.az xəbər verir ki, bu fikirləri İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Liverpul"la oyun öncəsi fikirlərini bölüşərkən bildirib.


Qeyd edək ki, hazırda "Liverpul" İngiltərə Çempionatına 54 xalla liderlik edir. "Mançester Siti"-nin isə 47 xalı var. Yanvarın 3-də baş tutacaq "Mançester Siti" - "Liverpul" qarşılaşmasında şəhərlilər məğlub olarsa, bu iki komanda arasında xal fərqi 10-a çata bilər. Bu isə Qvardiolanın komandasının 2018-2019-cu il mövsümündə çempionluqdan uzaqlaşmasına gətirib çıxara blər.


Ekspress.az



  • SON XƏBƏR
  • TREND