"İşdən çıxarılmamışam" - Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru

25.04.2019 15:45
419
"İşdən çıxarılmamışam" - Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Ekspress.az xəbər verir ki, X.Osmanova “Report”a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:


“Bunlar hamısı yalan məlumatlardır. Mən təzyiq xəstəliyi ilə əlaqədar olaraq, aprelin 18-dən məzuniyyətə çıxmışam. Hazırda müalicə olunuram. Müalicə bitdikdən sonra yenidən iş başına qayıdacağam”.


X.Osmanova qeyd edib ki, hazırda Gimnaziyada onun vəzifəsini müvəqqəti olaraq Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov icra edir.


Qeyd edək ki, X.Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND