Pevtsov reytinqdə gerilədi

09.10.2018 18:46
275
Pevtsov reytinqdə gerilədi

Beynəlxalaq Triatlon İttifaqı atletlərin yeni reytinq cədvəlini açıqlayıb. Həmin cədvəldə yer alan Azərbaycan yığmasının lideri, Rio Olimpiadasının iştirakçısı Rostislav Pevtsov əvvəlki cədvəllə müqayisədə bir pilə geriləməklə 15-ci olub.


Hazırda onun aktivində 3254.93 reytinq balı var. Cədvələ əvvəlki kimi yenə də ispaniyalı Mario Mola liderlik edir. İkinci yerdə CAR təmsilçisi Riçard Myurreyin getdiyi cədvəldə ilk üçlüyü isə fransalı Vinsnt Luis tamamlayır.