Doha-Bakı-Doha aviareysi ləğv edildi

08.01.2019 12:30
59
Doha-Bakı-Doha aviareysi ləğv edildi

Yanvarın 8-də həyata keçirilməli olan “Qatar Airways”şirkətinin Doha-Bakı-Doha aviareysi ləğv edilib. Modern.az bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadən xəbər verir.


Qeyd olunur ki, Doha vaxtı ilə saat 11:35-ə nəzərdə tutulan Dohadan Bakıya olan “QR 351” saylı uçuş ləğv olunub.


Bundan başqa, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.


Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.


Ekspress.az