Nazirlik əlil və şəhid ailələri üçün mənzillər alacaq

11.06.2019 19:26
101
Nazirlik əlil və şəhid ailələri üçün mənzillər alacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınmasına 7 mln. 185,066 min manat yönəldəcək.


www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik bu məqsədlə “Saray-H” MTK və fiziki şəxslər Misirxan Əliyev və Asif Əsədzadə ilə müqavilələr bağlayıb.


“Saray-H” MTK-nın hesabına 5 mln. 949,645 min manat, M.Əliyevin hesabına 605,550 min manat, A.Əsədzadənin hesabına isə 629,871 min manat köçürüləcək (interfaks-Azərbaycan).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND