“Başakşəhər” öz meydanında “Ankaragücü”nə çətinliklə qalib gəldi

12.05.2019 22:19
39
 “Başakşəhər” öz meydanında “Ankaragücü”nə çətinliklə qalib gəldi

Türkiyə Super Liqasında XXXII turun dörd oyunu keçirilib.


“Trabzonspor” “Konyaspor”la səfər matçında 1 xalla kifayətlənib.


Qonaqlar bu görüşdə məğlubiyyətdən çətinliklə qaçıblar – 2:2. “Kayserispor” üç qolun vurulduğu matçda “Kasımpaşa”nı məğlubiyyətə uğradıb.


Çempionluq uğrunda mübarizə aparan “Başakşəhər” öz meydanında “Ankaragücü”nü sınağa çəkib. İlk yarıda məğlub duruma düşən istanbullular əzmkar qələbə əldə ediblər (ONA).


“Yeni Malatyaspor” isə “Ərzurumspor” üzərində qələbə qazanıb – 3:1.


Qeyd edək ki, tura mayın 13-də yekun vurulacaq.


Ekspress. az

  • SON XƏBƏR
  • TREND