Prezident Cəlil Məmmədquluzadə ilə bağlı SƏRƏNCAM verdi

17.01.2019 18:08
560
Prezident Cəlil Məmmədquluzadə ilə bağlı SƏRƏNCAM verdi

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.


Ekspress.az xəbər verir ki, prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması məqsədilə sərəncam imzalayıb.


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Açar sözlər: