Azərbaycanın yunan-Roma güləşi üzrə yığması dünya ikincisi olub

05.08.2019 11:13
68
Azərbaycanın yunan-Roma güləşi üzrə yığması dünya ikincisi olub

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatına yekun vurulub.


Ekspress.az -ın məlumatına görə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası ümumi komanda hesabında ikinci yeri tutub.


Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.


Beləliklə, 123 xal toplayan Azərbaycan millisi yalnız 148 xalı olanİrandan geri qalıb. Rusiya isə 99 xalla üçüncü yeri tutub.


Qeyd edək ki, daha iki medalı sərbəst güləşçilər əldə edib. Cəbrayıl Hacıyev (65 kq) qızıl, Murad Haqverdiyev (45 kq) bürünc medala sahib olub. (report)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND