Ukrayna Rusiya silahlarından imtina edəcək

25.03.2019 17:07
120
Ukrayna Rusiya silahlarından imtina edəcək

Ukrayna polisi Rusiya istehsalı olan “Kalaşnikov” markalı avtomatlardan və “Makarov” tipli tapançalardan imtina edəcək.


Bunu Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev bildirib.


Onun sözlərinə görə, polisin Rusiyada hazırlanan mövcud silahları Avropa ölkələrinin istehsalı olanlarla əvəzlənəcək:


“Bizim çox iddialı hədəfimiz var. Avtomat “Kalaşnikov”, “Makarov” və “TT” tipli tapançalardan 90 faiz imtina etməyi planlaşdırırıq”.


S.Knyazev əlavə edib ki, Ukrayna polisi Almaniya istehsalı olan “MP-5” tapança-pulemyot almaq istəyir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND