3 nəfərə it hücüm edib - Biri uşaq olub

12.05.2019 12:07
237
3 nəfərə it hücüm edib - Biri uşaq olub

Bakının bir neçə rayonunda itdişləmə hadisəsi qeydə alınıb.


Ekspress.az xəbər verir ki, zərərçəkmişlərdən biri uşaqdır.


Paytaxtın Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında ev iti sahibinin 7 yaşlı oğlu Vüsal Məmmədlinin sol əl nahiyəsindən dişləyib.


Uşaq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və ambulator müalicəyə buraxılıb.


Daha bir analoji hadisə 1954-cü il təvəllüdlü Mövsümov Asif Əli oğlunun başına gəlib. Onu Nizami rayonu, Koroğlu Rəhimov küçəsində it dişləyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.


Başqa bir hadisə isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində olub. 1990-cı il təvəllüdlü Qurbanov Tural Ələkbər oğlu küçə itlərinin hücumuna məruz qalıb. T.Qurbanov sağ baldırın çoxsaylı dişlənmış yaraları ilə xəstəxanaya aparılıb.


Ekspress.az

Açar sözlər: